Şeyxin arvadı 31 milyonu götürüb Almaniyaya qaçdı - Diplomatik böhran
29.06.2019

Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl Maktumun həyat yoldaşı külli miqdarda pulu götürərək, ölkəni tərk edib. 

VisionTV.az  The sun-a istinadən xəbər verir ki, şahzadə Xay bint əl-Hüseyn bu ilin fevralından ictimaiyyətə görünməyib. 

Britaniya qəzeti yazır ki, o, 11 yaşlı qızını və 31 milyon funt sterlinqi (təxminən 39,4 milyon dolları) götürərək, Almaniyaya qaçıb. Bildirilib ki, İordaniyanın sabiq kralı II Abdullanın əmisi qızı olan 45 yaşlı şahzadə Almaniyadan sığınacaq istəyib və boşanma ərizəsi verib. 

Nəticədə BƏƏ və Almaniya arasında diplomatik böhran yaşanıb. Bəzi məlumatlara görə, 69 yaşlı BƏƏ Baş naziri Berlindən qızı və arvadını geri qaytarmağı tələb edib, ancaq o, rədd cavabı alıb və hazırda Baş nazirin arvadı xüsusi qoruma altındadır. 

Ötən il Əl Maktumun qızlarından birini - Şəms ibn Məhəmməd ibn Rəşid əl Maktumu zorla Dubayda saxlaması ilə bağlı məlumat yayılmışdı. Bildirilmişdi ki, Baş nazirin qızı 19 yaşı olan zaman, yəni 2000-ci ildə Britaniyaya qaçmaq istəyərkən ələ keçmişdi.