Sevgilisiylə danışdı, özünü asdı - Xaçmazdakı film kimi HADİSƏNİN TƏFƏRRÜATI - VİDEO
22.07.2019

Xaçmazda sevdiyi qıza görə özünü asan Mahir Səfərov adlı 24 yaşlı gəncin intihar etməsinin təfərrüatı məlum olub.

VisionTV.az "Space" TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mərəcan kəndində baş verib. Səhər saatlarında birdən evdən səs-küy gəlib. Mahirin özünə qəsd edəcəyini ailəyə sevdiyi qız deyib.

O, əvvəlcə sevgilisiylə telefonla danışıb və ona özünə qəsd edəcəyini bildirib. Sevgilisi bu barədə dərhal Səfərovun ailəsinə məlumat verib.

Mərhumun atası Nəbi Səfərov bildirib ki, onu asılmış vəziyyətdə tapıblar.