22.011.2019
Axtar
Hadisə
alt

Sevdiyi ilə barışmaq istəyən gənc həbsxananın hasarına dırmaşdı

Tikanlı məftillərə ilişməmək üçün 18 yaşlı gənc, demək olar ki, bütün paltarlarını çıxarıb.

Almaniyanın Fehta şəhərində lisey şagirdi köhnə sevgilisi ilə barışmaq üçün yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş həbsxana divarına çıxıb. 

Tikanlı məftillərə ilişməmək üçün 18 yaşlı gənc, demək olar ki, bütün paltarlarını çıxarıb. Daha sonra o, bir işıq dirəyinə çıxaraq dörd metrlik həbsxana hasarını aşa bilib. Yeniyetmə bunun ardından sevgilisinin olduğu kameranı taparaq onun pəncərəsinə dırmaşıb.

Həbsxana işçiləri gəncə mane olmağa çalışsalar da, gənc etiraz edib. Bir qədər sonra onu aşağıya yanğınsöndürən maşının pilləkəni vasitəsilə çətinliklə də olsa, endirmək mümkün olub.

Həbsxana sözçüsü bildirib ki, hadisədən bir müddət əvvəl qız oğlanı çağıraraq ondan ayrılmaq istədiyini deyib. Oğlanın bu addımından sonra isə gənclər barışıb.

Şərh