İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri ABŞ ilə imzalanmış anlaşma memorandumunu "dəyərsiz" adlandıraraq, ABŞ Prezidenti Donald Trampın imzasına güvənən hər kəsin sadəlövh olduğunu bildirib.
Donald Trampın İranla müharibəyə son qoyulmasına dair razılaşmanın artıq qüvvədə olmadığını deməsindən sonra çıxış edən Səid Qasemi bildirib:"Sözügedən memorandum əslində ilk gündən etibarən dəyərsiz bir kağız parçası, zibildən başqa bir şey deyildi."
Qasemi X sosial şəbəkəsində etdiyi paylaşımda "müharibə şeypurunun" bütün gücü ilə səsləndirilməsinə çağırıb və İranın qarşıdurmaya və qisas almağa hazır olduğunu bildirib.
visiontv.az
Böyük Britaniya SEPAH-I rəsmi olaraq ölkənin milli təhlükəsizliyinə təhdid olaraq tanıyıb