Sentyabrın 27-si şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
23.09.2021

Sentyabrın 27-də Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad ediləcək.

Təşkilat Komitəsindən Visiontv.az-a verilən məlumata görə, Anım Günündə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.