Sentyabrın 15-dən ali məktəb tələbələri onlayn dərslərə başlayır
27.08.2020

Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.

Visiontv.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev konfransda çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, oktyabr ayından I kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır:

“Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər”, - deyə nazir bildirib.