Şəhid hərbçimiz II Şəhidlər xiyabanında dəfn olunub
06.03.2023

Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.

Visiontv.az xəbər verir ki, şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.

Mərasimdə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.

Dünən şəhid olan hərbçi II Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB-1  - FOTO

Dünən şəhid olan hərbçi II Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB-1  - FOTO

Dünən şəhid olan hərbçi II Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB-1  - FOTO

APA