Şəhid əsgər Goranboyda dəfn olunub
25.03.2021

Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər bu gün şəhid olub.

Visiontv.az-ın məlumatına görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin əsgər yoldaşları iştirak ediblər.