Seçkilər yaxınlaşdıqca İranda siyasi elita arasında kompromat savaşları qızışır - Məhəmməd Əsədullazadə
Seçkilər yaxınlaşdıqca İranda siyasi elita arasında kompromat savaşları qızışır - Məhəmməd Əsədullazadə
05.05.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

İranla ABŞ arasında başladılan nüvə danışıqlarında əsas aparıcı fiqur XİN rəhbəri Cavad Zərifdir. Və onun İran siyasətində liderliyə gəlməsi digərlərindən daha da şox şanslı sayıla bilər.

Konkret olaraq  Cavad Zərif islahatçıların öndə gedən diplomatı və Qərblə aparılan danışıqların uğurlu alınmasında əsas rola malikdir. Məhz ona görə də seçkilər yaxınlaşdıqca İranda siyasi elita arasında kompromat savaşları qızışır və hədəfdə indi Cavad Zərifdir. Bir müddət bundan əvvəl Cavad Zərifin Qasim Süleymani barədə qeyd etdiklərinin mediaya sızdırılması təmsil etdiyi islhatçıların  sırada çıxarılmasına yönəlik addım idi. Qeyd edim ki, mühafizəkar kəsim Cavad Zərifin prezident postuna gəlməsində maraqlı deyil. Heç Ali dini rəhbər Ayətullah Xamneyidə Cavad Zərifə dəstək verməyəck.

Ötən gün Xamneyi zəhmətkeşlər günündə Zərifin Süleymani barədə qeyd etdiklərinə ehyam vuraraq səhv hərəkətdə günahlandıraraq kifayət qədər sərt ifadələr işlətdi. Göründüyü kimi proseslər bu istiqamətdə gedəcəyi təqdirdə, Zərifin prezident olmaq şansı sıfıra yaxınlaşır. Görünür, onu özlərinə təhlükə görün mühafizəkar sistem Qərbin ölkə daxilində nüfuzunun artamsından narahatdır.. Ona görə də Cavad Zərifin hədəf alınması birbaşa siyasi elita daxilində Xarici İşlər nazirinin hakimiyyət pillsəində irəlləməsinə əngəl olmaqdır. Hətta SEPAH-da onun apardığı siaysətdn narazıdır və bu proseslərin arxasında bu qurumun olmasını istisna etmək olmaz. Göründüyü kimi İranda Qərblə yaxın əlaqələrə malik olan şəxsin sıardan çxarılması mühafizəkarların əsas strateji palnıdır və bu heç də İranda reformuçulara qarşı ilk belə hadisə deyil.

Ona görə də İranla Qərb arasında sıx əlaqələrin möhkəm olmasını gözləmək sadəlövlükdür. Qeyd edim ki, Xamneyi Rusiya və Çinlə birgə inetqasiyanın inkişafında maraqlıdır. Və son vaxtlar bu birliyə qarşı Qərbin hərəkətə keçdiyini vurğulayaraq bu və ya digər formada Zərifinin müstəqil siyasət aparmaq səlahiyyətinin olmadığını bildirdi. Bu konkteksdən yanaşdıqda İranın ABŞ -la apardığı danışıqlarda heç də səmimi olmadığını gösərir.

Visiontv.az