Şarl Mişelin telefon zəngi orta dəhlizin 3 türk ölkəsinin liderinə olub
Şarl Mişelin telefon zəngi orta dəhlizin 3 türk ölkəsinin liderinə olub
04.07.2022 MEDİA Tərəfindən

Gün ərzində Avropa İttifaqının Prezidenti Şarl Mişel Azərbaycan, Qazaxstan, Özbəkistan prezidentləri ilə telefonda danışıb.

Şarl Mişel Şavkat Mirziyoyevlə telefon danışığında Yeni Özbəkistan quruluşuna Avropa İttifaqının dəstəyini ifadə edib. Qaraqalpaqda baş verənlərin əslində kənar qüvvələrin Özbəkistanın yeni siyasi kursuna mane olmaq cəhdi olduğuna işarə ediblər. Özbəkistan situasiyanı nəzarətdə saxlamaq üçün atdığı addımlara Aİ-nan dəstək alıb, vəziyyəti gərginləşdirməyə cəhd edənlər ən sərt formada cavab alacaqlar.

Qazaxstan prezidenti ilə telefon danışığında iki məqam xüsusi vurğulanıb.Birincisi Qazaxstan Avropa İttifaqını özünün əsas iqtisadi tərəfdaşı qismində görür və əlaqələrin dərinləşdirilməsində maraqlıdır. İkincisi Qazaxstan öz logistik və energetik imkanlarını Avropa İttifaqının istifadəsi üçün açmaqda maraqlıdır. Avropa İttifaqı ÇİN-i rəqib qismində görsədə onunla ticarət əlaqələrinin alternativ yolla həyata keçirilməsində maraqlıdır. Bu alternativ yol Qazaxstan və Azərbaycan üzərindən keçir. Avropa İttifaqının zaman-zaman həm Qazaxstan həm Azərbaycanla münasibətləri gərginləşsədə hər iki ölkə iqtisadi sahədə mövcud müqavilələrə sadiq qalıb və gərginliyi siyasi dialoqla normallaşdırıb.

Prezident.az saytının verdiyi məlumata əsasən Azərbaycan Prezidenti ilə Şarl Mişel arasında baş tutan telefon danışığında əsasən Aİ-ın vasitəçiliyi ilə baş tutan 3 tərəfli görüşdə əldə edilən razılaşmaların icrası olub. Ancaq Şarl Mişelin zənginin əsas məqsədi bu olmayıb, əgər məqsəd 3 tərəfli razılaşmaları müzakirə etmək olsaydı, o zaman növbəti zəng Nikol Paşinyana edilməli idi.

Şarl Mişelin telefon zəngi orta dəhlizin 3 əsas ölkəsinin liderinə olub. Avropa İttifaqı 3 türk lideri ilə əsasən orta dəhlizin imkanlarının genişləndirilməsi, avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bu ölkələrin imkanlarını müzakirə edib.

Avropa İttifaqının gələcəyi üçün Türk İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi strateji əhəmiyyət kəsb edir.

Siyasi şərhçi Aqil Məmmədov

visiontv.az