Sanksiya altında olan 2 qonşu və Azərbaycanın strategiyası
Videonu Aç
Sanksiya altında olan 2 qonşu və Azərbaycanın strategiyası
14.03.2022 İbrahim Məmmədov Tərəfindən

İranla Azərbaycanın son anlaşması, Şuşa və Moskva bəyannamələri, 3+3 formatı fonunda Prezident İlham Əliyevin böyük geosiyasi və geoiqtisadi planının konturları görünməyə başlayıb.

Visiontv.az xəbər verir ki, prezident sanksiyalar altına düşmüş, böyük iqtisadi potensiala malik iki dövlətlə -Rusiya və İranla qonşu olmağı bir tarixi fürsətə çevirməkdədir.

- Vaxtilə Dubay, İraq və İranın sanksiyalar altında olmasını həm qonşuları, həm də özü üçün bir fürsətə çevirdi. Dübay praktik olaraq İran və İraqın dünyaya açılan iqtisadi, maliyyə və humanitar nəfəsliyi, satılan neftin kassası rolunu oynayırdı.

- 100 ilin müqayisəsi göstərir ki, Azərbaycan Respublika elan olunduğu 102 il ərzində ilk dəfə olaraq 5 mühüm parametr – 1) siyasi müstəqillik, 2) iqtisadi güc, 3) hərbi güc, 4) ərazi bütövlüyü, 5) beynəlxalq status parametrləri üzrə öz tarixinin zirvəsindədir.