Saniyələr içində enerji toplayan mobil telefonlar...
Saniyələr içində enerji toplayan mobil telefonlar...
19.09.2022 MEDİA Tərəfindən

Mobil telefonlar bir neçə saniyə ərzində enerji doldurulacaq.

 

Visiontv.az xarici mediaya istinadən xəbər verir ki, Koreyanın Təməl Elmlər İnstitutunun və İtaliyanın İnsubriya Universitetinin alimlər qrupu yeni tip batareyanın doldurulması texnologiyası üzərində böyük nailiyyətlər əldə ediblər. 

 

Yeni texnologiyanın tətbiqi ilə avtomobillərin dəqiqələr, telefonların isə saniyələr ərzində enerji yığacağı proqnozlaşdırılır.

 

Koreyanın Təməl Elmlər İnstitutunun və İtaliyanın İnsubriya Universitetinin alimlər qrupu mikromazer kimi tanınan kvant mexaniki sistemindən istifadə edərək bu texnologiyanın reallaşdırılması istiqamətində irəliləyişə nail olublar. Məlumata görə, kvant batareyaları yüklənmiş enerjini kubit axını vasitəsilə saxlamaq üçün elektromaqnit sahəsindən istifadə edir, eyni zamanda həddindən artıq yüklənmə riskindən qoruyur.

 

Tədqiqat uğurlu olarsa, elm adamları smartfonlardan tutmuş elektrik avtomobillərinə qədər hər şeydən istifadə üsulumuzu dəyişdirərək ultra səmərəli batareyaların yeni dövrünün gələcəyinə ümid edirlər.