Ermənistan İstintaq Komitəsi Samvel Karapetyana qarşı irəli sürülən yeni ittihamlara aydınlıq gətirib.
Visiontv.az APA-ya istinadən bu barədə yerli mediaya istinadən xəbər verir.
Açıqlamada bildirilib ki, əslində, Komitə əvvəlki — çirkli pulların yuyulması ilə bağlı ittihamı “dəyişdirərək” təkmilləşdirib. İttihama əlavə olaraq Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri də daxil edilib (xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması – hakimiyyət və ya vəzifə səlahiyyətlərindən və ya onlarla bağlı təsirdən istifadə etməklə).