Saleh Məmmədov: Bakı və ətraf qəsəbələrdə 301 km yol tikilib və təmir edilib
15.01.2020

Agentliyimiz il ərzində nəzərə alınan işlərdən 1376 km yolun tam tikintisini və təmirini baş çatdırıb və vətəndaşların istifadəsinə verib.

Visiontv.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bu adi bir rəqəm olsa da, görülən böyük işdir. Vətəndaşlar üçün böyük töhfədir:

"Yaxşı və keyfiyyətli yol nəqliyyat vasitələrinin sürət həddinin artması deməkdir. Həmçinin, bu da öz növbəsində yükdaşıma xidmətinin həmçinin artmasına səbəb olur. Bu isə iqtisadiyyata birbaşa müsbət təsir edir. Bakı və ətraf qəsəbələrdə 2019-cu ildə 301 km yol tikilib və təmir edilib. Yol olmayan ərazilərə yol çəkilib, drenaj sistemləri qurulub".

"Bir yolda sürət həddinin saatda 10 km artması, daşınan minlərlə ton məhsul artması da deməkdir. İlham Əliyevin röhbərliyə gəldiyi 2003-cü ildə ölkədə birinci dərəcəli avtomobil yollarının uzunluğu cəmi 124 km idisə, indi 1080 km-ə çatıb",-deyə Saleh Məmmədov əlavə edib.