“Salam Bakı, Azərbaycan!" - Böyük Britaniyanın xanım dövlət naziri Vendi Morton
“Salam Bakı, Azərbaycan!" - Böyük Britaniyanın xanım dövlət naziri Vendi Morton
09.02.2021 Bəybala Mirzəyev Tərəfindən

Tvitter üzərindən paytaxtımızı, ölkəmizi salamlayan Böyük Britaniyanın xanım dövlət nazirinin Azərbaycana səfəri davam edir... İngiltərənin Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda ikigünlük səfərdədir.

Səfər olduqca mühüm məsələlərin müzakirəsinə və anlaşmaların imzalanmasına istiqamətlənib.

Səfər çərçivəsində britaniyalı nazir ölkənin birinci şəxsi ilə görüşüb və eləcə də bir sıra nazirlərlə müzakirələr aparıb.

V.Morton həmçinin bu gün (fevralın 9-da) xarici işlər nazirlikləri arasında hər il keçirilən Böyük Britaniya-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcək.

Xanım Vendi Morton özünün Tvitter səhifəsində belə bir xoşməramlı paylaşım da edib:

“Salam Bakı, Azərbaycan! Azərbaycana səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm”.

P.S.

Avropanın bu flaqman ölkəsinin Azərbaycana, Türkiyəyə və Türkiyəyə xarici siyasətin prioritet istiqamətlərindən biri kimi yanaşması çox sevindiricidir.
İngiltirənin xarici siyasətindəki bu sürpriz gəlişməyə həm də bu ölkənin Cənubi Qafqazda Fransa ilə rəqabətinin bir parçası kimi baxmaq olar.
Uğursuz bir ölkəni - Ermənistanı özünə dost və tərəfdaş seçən çaşqın Fransadan fərqli olaraq İngiltərə praqmatiklik nümayiş etdirərək regionun aparıcı ölkələri ilə əməkdaşlığa üstünlük verir.

Bəybala Mirzəyev

Visiontv.az