“Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında...
“Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında...
03.10.2022 MEDİA Tərəfindən

Türk dünyasının tanınmış jurnalisti Aida Eyvazlı Göytürkün Azərbaycan, Qarabağ həqiqətləri, ermənilər tərəfindən dağıdılmış şəhərlərimiz, viran olmuş yurdlarımız haqqında “Sakura və Xarıbülbül” adlı məqaləsi Yaponiyanın Beynəlxalq //inpsjapan.com/ informasiya Agentliyi tərəfindən yayımlanıb.

Visiontv.az xəbər verir ki, “Biz Azərbaycan türkləri də yaponlar kimi Günəşi qarşılayanlar ölkəsindənik. Biz də Günəşi, istiliyi sevirik. Biz də dünyanın Sakura rəngini, mavi rəngini sevirik. Biz də dünyada sülh, əminamanlıq istəyirik” fikirləri ilə başlayan məqaləsində araşdırmaçı jurnalist Qarabağ savaşından, torpaqlarımızın azad edilməsi uğrunda canından keçən 3000 dən artıq şəhidimizdən, azad olunmuş yurdlarımızda başlanan abadlıq və tikintidən bəhs edib.

A.Eyvazlı 1945-ci ildə Xirosimaya atılan nüvə bombasından və ermənilər tərəfindən işğal olunandan sonra Xirosimaya bənzəyən Ağdamdan yazıb. Eyni zamanda, Sakura və Xarıbülbül çiçəklərini müqayisə edərək, bildirib bir gün Sakura ağacı Şuşada, Xankəndidə, Xocalıda da çiçəkləyəcək.

Məqalə ilə buradan tanış ola bilərsiniz.