Şair şairi nəinki kəsər, hətta anasın da s...evər!-Aydın Canıyev
11.08.2020

- Ay Famil müəllim, şair də şairi kəsərmi?

Duran kimi cummuşam fb-yə, gecədən qalan üç ədəd siqaretin ikisini çəkincə, Mübariz Məsimovğlunun iki, Zahid Sarıtorpağın bir, hörmətli və sevimli, ləyaqətli müəllimimiz-ustadımız-dekanımız Akif Rüstəmovun bir statusunu oxumağa "uspet" elədim və qəfil... yadıma düşdü!
İki dostun üç statusunun ən yaxşı cavabı Akif müəllimin xatırladığı görkəmli alim, professor, şair, müəllim Famil Mehdinin bəlkə də 50 il qabaq dediyi fikirdə var idi... yazıram... 

Famil Mehdinin dərsinə birinci kursun mətbuatda - qəzet-jurnallarda bir-iki şeiri çıxmış bığlı tələbə-şairlərdən biri gəlmir, sayğısızılıq edir, arxayın olur ki, kişinin oğlu şairdi də!

Bəli, semestr vaxtı Famil Mehdi heç bir suala cavab verməyən bu şairə "iki" yazır! Bığlı şair də qayıır ki:

- A Famil müəllim, şair də şairi kəsərmi?

Famil Mehdi:

- Şair şairin dərsinə gəlməyəndə, hörmətsizlik edəndə, üstəlik də heç nə öyrənməyəndə şair şairi nəinki kəsər, hətta anasın da s...evər!

Əzizim Mübariz - siyasi mübarizənin əbədi mühərrikli ustad şairi, əzizim - poeziyanın, nəsrin, insanlığın ustad imzası Zahid Sarıtorpaq, statuslarınızdakı ağrını duydum və bilirəm ki, çox ədəbli-tərbiyəli İNSANLARsınız, abırlı yazıbsınız, amma və lakin... vallah, yolu elə rəhmətlik Famil Mehdi deyəndir! Hansı ki, bu gün Akif müəllim ondan sitat paylaşıb!

Dərd budur e, bizi nadanlar, cahillər, kütlə (qaragüruh və aggüruh) yox, elə şairlər-yazıçılar dığ edir, çərlədir, onları nəinki kəsmək (kəsib atmaq), elə birbaşa anasını sevmək lazımdır!

Boş verin... bu gün günlərin həm də ən gözəli: Şəkər ablamız yaxşıdır, statuslarına davam edir! 

Qalanı boş şeydir!

Visiontv.az