22.07.2019
Axtar
Gündəlik
alt

Şagird və müəllimlər barədə informasiya almaq mümkün olacaq- QANUNA YENİ DƏYŞİKLİK

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Şərh yazın