Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatı necə olacaq?
Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatı necə olacaq?
30.06.2022 MEDİA Tərəfindən

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılıb.

Visiontv.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz Feysbuk səhfəsində yazıb:

"Proses 30 iyun tarixinədək davam edəcək. Bu günədək 1500-ə yaxın namizəd müraciət edib.

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı  151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər".