"Orlandada dəfn" əsəri... "Bir əsərin izahı" rubrikası...
"Orlandada dəfn" əsəri... "Bir əsərin izahı" rubrikası...
22.03.2023 MEDİA Tərəfindən

Qustav Kurbe XIX əsrdə fəaliyyət göstərmiş fransız rəssamdır. O, XIX əsrin realizm cərəyanının yaradıcılarından biri hesab olunur. Kurbe həyata baxışını belə açıqlayırdı: "Əlli yaşındayam və həmişə azad yaşamaq istəmişəm. İcazə verin həyatımı azad tamamlayım. Ölərkən haqqında "Heç bir məktəbə, kilsəyə, instituta, akademiyaya aid deyildi. Azadlıq rejimindən başqa heç bir rejimə aid olmadı" deyilməsinə icazə verin demişdi.

Kurbe realizm cərəyanının yaradıcısı və bu termini gətirən ilk rəssam olaraq şöhrət qazanıb.

Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də, məcazi kompozisiyalarla yanaşı, həm də sosial mövzulara toxunur, kasıbların ağır iş şəraitini əks etdirən əsərlər yaradırdı.
Qustavın əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bildi.

Rəssam realizmlə bağlı düşüncələrini anarxizmlə birləşdirdi və müəyyən izləyici kütləsi qazandıqdan sonra demokratik və sosialist çıxışlar etməyə başladı. Kurbenin realizm tərzindən ondan sonra gələn bir çox rəssamlar təsirləndi. Bunların arasında alman rəssamlar Vilhelm Leybl, Pol Sezann və Ceyms Makneyl Vistler də vardı.

Rəssamın ən önəmli işlərindən biri Ornanda dəfn adlı əsəridir. Bu əsər rəssamın 1848-ci ilin sentyabrında şahidi olduğu hadisəni təsvir edir. Böyük əmisinin dəfn mərasimini təsvir etdiyi bu əsər realizm cərəyanının ən önəmli əsərlərindən biri kimi qəbul edilir. Kurbe dəfn mərasiminə qatılanlardan əsərini təsvir etmək üçün model kimi istifadə etdi. Nəticədə bu əsər Ornanda həyatın və orada yaşayanların təmsili oldu. Əsər həm təndiqçilərin, həm də toplumun marağını çəkdi. Əsər o dövrün əsərlərindən gözlənilən duyğusal təsvirdən uzaqdı. Rəssamın obrazlarının üzlərindəki ifadə karikatura təəssüratı bağışlayırdı. Tənqidçilər rəssamı çirkinliyi öyməkdə günahlandırdılar.

Buna baxmayaraq, romantizmin öz məşhurluğunu itirdiyi dövrdə bu yeni realist yanaşma insanların xoşuna gəlmişdi. Kurbe əsərin önəminin fərqinə vardığından ""Ornanda dəfn" həqiqətdə romantizmin dəfni idi" demişdi.

Rəssam realizmlə bağlı düşüncələrini anarxizmlə birləşdirdi və müəyyən izləyici kütləsi qazandıqdan sonra demokratik və sosialist çıxışlar etməyə başladı.

1850-ci ildə bir dostuna yazmışdı: " ... mədəniləşən toplumumuzda mərhəmətsiz bir həyat yaşamalı oldum. Dövlət qarşısında belə azad olmalıyam. Mənə rəğbət bəsləyən insanlara özümü açıq bir şəkildə göstərməliyəm".

Sənatkarın emalatxanası adlı əsərini 1855-ci ildə çəkmişdi. Bu əsər öz həyatının təsviri idi. Aralarında Şarl Bodlerin də olduğu dostları ilə birlikdə özünü təsvir etmişdi.

Bünyamin Bünyadzadə

Visiontv.az