Sabahın hava şəraiti
02.04.2019

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

"Report"a  istinadən  bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu  sabahın hava şəraitini açıqlayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında aprelin 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi xəbərini verib.

 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.