6.07.2020
Axtar
Gündəlik
alt

Sabahın hava proqnozu

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Visiontv.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  8-10, Bakıda  gecə 3-5,  gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.   

Azərbaycanın rayonlarında Fevralın 18-də hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə  1-6 , gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti  olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Fevralın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şərh