Sabahdan "yardımçı" layihəsinə start verilir
12.04.2020

Yardım istəyənlərin sayından artıq ehtiyat ərzaq zənbilimiz var.

Yardımçı (yardimci.az) layihəsi Azərbaycan vətəndaşlarının bir-birinə vasitəçi olmadan onlayn yardım göstərməsi üçün fəaliyyət göstərir. Bu baxımdan imkanlı vətəndaşların bu layihədə fəal iştirakı, ölkəmizin yaşadığı çətin günlərdə imkansızlara böyük dəstək ola bilər.

Digər tərəfdən müraciət etdiyimiz təbəqənin fəallığı dövlətimizin imkanları daxilində vətəndaşlarımıza etdiyi yardımlara qısmən də olsa köməkdir. Məlumat üçün bildirək ki, layihəyə başladığımız son 3 gün ərzində imkanlı şəxslərin yardım etmək üçün göstərdiyi fəallıq bizim gözləntilərimizin üstündə oldu. Bu bir daha sübut etdi ki, imkanlı insanlarımız bu çətin günlərdə öz millətini, dövlətini tək qoymur. Nəyə imkanı çatırsa imkansızlarla bölüşməyə çalışır. Bunu siz yardimci.az portalından da görə bilərsiniz. Şəffalıq üçün bütün məlumatlar portalda sadə insanın da başa düşdüyü formada izah edilir, göstərilir.

Portal 2 gündür ki, aktiv hala gətirilib. Artıq respublika üzrə 400 nəfərə yaxın şəxs yardım üçün müraciət edib. Təxminən 6500 manat dəyərində 1000-ə yaxın ərzaq zənbilimiz hazırdır. Yəni yardım üçün müraciət edənlərdən artıq ehtiyat ərzaq zənbilimiz mövcuddur. Və bu proses davam etdirilir. Aprelin 13-dən, yəni sabahdan könüllülər tərəfindən yardımların paylanılmasına start veriləcək.

Visiontv.az