27.03.2019
Foto Reportaj
alt

Saakyan Paşinyanın yanından qayıdıb təcili hərbi müşavirə keçirdi və...-FOTO+VİDEO

Dünən İrəvanda işğalçı ölkənin baş nazir əvəzi N.Paşinyanın  qəbulunda olaraq bir sıra strateji məsələləri müzakirə etmiş Qarabağ separatçılarının oyuncaq rəhbəri Bako Saakyan Xankəndinə dönən kimi dərhal qanunsuz “hərbi komandanlıq”la  təcili müşavirə keçirib.

 

Visiontv.az xəbər verir ki, bu haqda separatçı erməni mənbələri məlumat yayıb. B. Saakyanın “əmri”nə əsasən, general-leytenant Levon Mnatsakanyan qondarma separatçı rejimin “müdafiə naziri - “müdafiə ordusu”nun komandanı” vəzifəsindən azad edilib. Və həmin vəzifəyə general-mayor Karen Avramyan təyin edilib.

 

Keçmiş “müdafiə naziri” Levon Mnatsakanyana da yeni vəzifə verilib : “fövqəladə hallar xidmətinin rəisi”. Həmin vəzifəni əvvəlcə tutmuş Karen Sarkisyan isə “prezidentin” “xüsusi  tapşırıqlar üzrə  nümayəndəsi” təyin olunub.
 

Separatçı rəhbər bir sıra digər kadr dəyişiklikləri də edib.

Şərh yazın