Rüstəm Əbülfətoğlu MEDİA-da departament direktoru oldu
Rüstəm Əbülfətoğlu MEDİA-da departament direktoru oldu
16.04.2021 MEDİA Tərəfindən

Jurnalist Rüstəm Əbülfətoğluna yeni vəzifə verilib.

Belə ki, Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) təyinat alıb.

Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub.

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb.

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, “Space” və “Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb. Məlumatı Medianın İnkişafı Agentliyindən təsdiq edilib.

Visiontv.az