Rusların ən böyük yalanı
04.05.2021

Rus mənbələrində bu gün də Napoleon Bonapartın Rusiyada məğlub olması və qaçması haqqında, yumşaq desək, həqiqətə uyğun olmayan məlumatlar verilir. Guya Napoleon ordusunu soyuq rus qışı məğlub edib, guya qəhrəman rus kəndlisi oraq və çəkiclə Napoleona qalib gəlib və s. Bəs əslində nə baş verib?!

Məşhur rus yazıçısı Lev Tolstoyun “Hərb və Sülh”də təsdiq etdiyi kimi, həmin dövrdə Rusiya ordusuna alman generalları rəhbərlik edib. Gözü görməyən və qulağı ağır eşidən qoca general Kutuzov orduya yalnız formal komandanlıq edib. Məlum olduğu kimi, Napoleon Bonapart Rusiyaya 1812-ci ildə qoşun yeridib. Başı pozuq kəndlilərdən və yadelli generallardan ibarət rus qoşunları Avropanın qalib ordusuna müqavimət göstərə bilməyib və Naroleon bir aya Moskvanı işğal edib. Kutuzov da alman generalları ilə birlikdə qaçıb və Moskvadan 200 km məsafədə olan indiki Vladimir  şəhərində dayanıb.

Böyük fransız yazıçısı Viktor Hüqo “Səfillər”də yazır ki, insan Napoleona qalib gələ bilməzdi, Napoleona Allah qalib gəldi. Napoleon işğal etdiyi bütün şəhərləri 3-4 günlük əsgərlərin öhdəsinə verirdi. Qalib əsgərlər məğlub şəhəri qarət edirdilər, müqavimət göstərən kişilərin hamısını qırırdılar, təslim olmayan qadınları zorlayırdılar. Amma əsgərlər qarət etdikləri sərvətin yarısını Napoleonun xəzinəsinə verməli idilər. Zabitlər bu prosesə sərt nəzarət edirdilər və öz paylarını götürürdülər. XIX əsrin əvvəllərində çiçəklənməyə başlayan Moskva şəhəri də bir həftə bu cür qarət olunur. Bu zaman Napoleon Fransadan dövlət çevrilişi hazırlanması barədə məlumat alır...

Napolen Moskvanı yandırır və təcili Parisə qayıdır. Deyilənə görə, ərşə dirənən Moskva tüstüləri yüz kilometrə qədər ətrafa yayılırmış, hətta Vladimir şəhərinə gedib çatırmış. Yalnız bundan sonra Kutuzov alman generallarını yanına alır və qalib komandan kimi Moskvaya qayıdır. Və Napoleonun məğlub olması, Rusiyadan qaçması barədə əsassız və sonsuz yalanlar yayılır. Amma maraqlı bir sual cavabsız qalır: Napoleon nə etməli idi, bu günə kimi Moskvada mavzoleydə qalmalı idi?! Bütün fatehlər kimi - gəldi, işğal və talan etdi, getdi...

Qalib Arif

Visiontv.az