Ruslara əsir düşən britaniyalı yaxınlarına deyib ki, o, tezliklə edam olunacaq
Ruslara əsir düşən britaniyalı yaxınlarına deyib ki, o, tezliklə edam olunacaq
23.06.2022 MEDİA Tərəfindən

Ukrayna Silahlı Qüvvələrinin tərəfində könüllü olaraq Rusiyaya qarşı döyüşlərdə əsir götürülən Böyük Britaniya vətəndaşı Aiden Aslin yaxınlarına zəng edərək yaxın vaxtlarda “DXR” silahlıları tərəfindən edam ediləcəyini bildirib.

Bu barədə The Telegraph xəbər verir.

Aslinin ailəsi ilə əlaqə saxladığı və onlarla sağollaşdığı bildirilir. O qeyd edib ki, “onun vaxtı daralır”.

Məhkumun nənəsi nəşrə verdiyi şərhdə bildirib ki, Aiden anasına zəng edərək ona deyib ki, “DXR” yaraqlıları bildirib ki, guya Böyük Britaniyadan onun azad olunması ilə bağlı heç kim əlaqə saxlamayıb, ona görə də edam olunacaq": "Aidenin bizə dediklərinə inansaq belə çıxır ki, "DXR" heç bir cavab almasa, onu edam edəcəklər. Açığı, ümid edirəm ki, bu, doğru deyil".

Bildiyiniz kimi, “DXR” saxta respublikasının “məhkəməsi” Ukrayna tərəfində vuruşan üç əcnəbi döyüşçüyə ölüm “hökm”ü çıxardıb. Hal-hazırda onları edam etməyi planlaşdırırlar.

Sonradan məlum olub ki, əsir götürülən britaniyalı Ayden Aslin və Şon Pinner Rusiya prezidenti həbsdə olan xaç atası Viktor Medvedçuk ilə dəyişdirilə bilər.

Əli Əliyev

visiontv.az