Rusiyanın silah şirkəti ilə Ermənistan arasında - RÜŞVƏT QALMAQALI
03.02.2020

Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsinin Rusiya silah şirkətindən qiymətli hədiyyə alması və nazirliyin vəzifəli şəxsinin ORSIS-in ölkədəki təmsilçisinin fəaliyyətinə mane olması ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. Eurasia Diary-nin məlumatına görə, Rusiyanın silah şirkəti ORSIS Ermənistana yeni silah satmağı planlaşdırırdı.

Visiontv.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, 2019-cu ildə ORSIS Ermənistan Müdafiə Nazirliyinin qara siyahısına daxil edilib.

Daha sonra Rusiya Sənaye və Ticarət Nazirliyi, ORSIS-in qərarını əsaslandırılmamış sayaraq, Ermənistan müdafiə naziri David Tonoyandan məsələyə baxmasını xahiş edib.

Tenderin keçirilməməsi ilə əlaqədar olaraq "işə laqeydlik" maddəsi ilə ilk cinayət işi başlanıb.

Ermənistanda ORSIS-i təmsil edən sözügedən vəkil şirkətin "qara siyahı"dan çıxarıldığını deyib.