Rusiyanın reginonda yeni ssenarisi-politoloq Məhəmməd Əsədullazadə
21.09.2020

Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara hazırlaşması, regionda Rusiyanin yeni ssenarisidi. Azərbaycana qarşı çox ciddi təhdidlər var.

Prezident İlham Əliyev yerli TV-lərə  müsahibəsində bir neçə məsələyə diqqət çəkdi və Rusiyanın bu oyunda olduğunu mesajını vurğuladı. Birinci,  Azərbaycan ətrafında hansı oyunların getdiyini bildirməklə, Rusiyanin Ermənistana hərbi yardımlarını və müharibəyə hazırladığını mesajını verdi. İkinci, Ermənistana silahların Xəzər sahili ölkələr üzərindən daşınmasını deməklə,  Rusiya müdafiə naziri Sergey Şoyqunun :"Tikinti materialları aparırıq":- sözlərini yalanladı. Üçüncü, Rusiyanın Ermənistana açıq silah göndərməsini bildirdi. Dördüncü, artıq beynəlxalq hüququ tanimayacağını vurğuladı. Və faktiki şəkildə müharibənin qapıda olduğunu və bu hücumun Ermənistan tərəfindən gözlənildiyini açıqladı.

Göründüyü kimi, Rusiyanin Ermənistanı  silahlandırması, danışıqların faktiki dayanması, Ermənistanın yeni əraziləri işğal etmək planı müharibəni başlamasına rəvac verir. Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərə yeni silahlar və qoşun birləşmələri yığır. Rusiyadan göndərilən silahlar Qarabağda cəmləşdirilir. Ermənistan yeni təxribatlara başlayarsa, əsasən hücum  Goranboy istiqamətində ola bilər. Azərbaycan qəti şəkildə müdafiə mövqeyində olmamalı, əks hücumla bir neçə rayonu götürməlidir. Müdafiə taktikasına keçdikdə, məğlubiyyət qaçılmaz ola bilər.

Ermənistan rəhbərliyinin kəskin ritorikası və yeni ərazilər əldə etmək planı, yeni şərtlər irəli sürməsi, Azərbaycanı qəti hərəkət etməyə sövq edir. Demək olar ki, Minsk formati fiaskoya uğrayıb. Çünki, Ermənistan və Rusiya tandemi münaqişənin həllində maraqlı deyil. Ermənistan Yeni ərazilər hesabına "Azərbaycanı faktla barışmalı" olduğu tezisilə hərək edirlər.

Artıq Türkiyə administrasiyası Azərbaycana qarşı hücumda yanında  olacağını bəyan etdi. Bu, Azərbaycana qarşı Ermənistan və onu bu vəkalət müharibəsində alət edən Rusiya bir mesaj idi. Türkiyənin bu bəyanatı,  vəziyyətin mürəkkəb olduğunu göstərir. Və yeni müharibə başlasa, Türkiyə prosesdə yer alacaq.

Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı kəskin dəyişilib. Görünür, Türkiyənin regiona daxil olması Kremli Azərbaycana qarşı bu siyasətə əl atmağa sövq edib. Nəticədə, Türkiyə-Azər Azərbaycan faktoru bu situasiyadan uğurla çıxacaq. Yeni müharibədə Azərbaycanın torpaq itirməyi olmayacaq.

Bu yazını yazıb qurtardıqdan sonra,  Şəmkirdə Ermənistanin PUA vurulması qeyd edilir. Əgər, bu doğrudan da belədirsə, bu qədər məsafənin qət edilməsi təhlükəsizlik məsələlərini ortaya çıxarır. Müdafiə nazirliyi bununla bağlı rəsmi açıqlama verməlidir. Bundan əlavə, provakasiya edənlər məsuliyyətə cəlb olunmalıdır.