Rusiyanın işğal planı - Turçinov
27.02.2021

Rusiyanın Ukraynaya qarşı təcavüzü 90-cı illərin sonlarında ölkənin nüvə silahından imtina etməsindən sonra başladı.

Visiontv.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov deyib.

“Rusiya Krımda ən güclü hərbi bazasını yaratdıqdan sonra təcavüz başladı. Viktor Yanukoviçin dövründə imzalanmış sənədlər Rusiyanın mövqeyini gücləndirdi. Moskva öz hərbçilərinin yerləşdirilməsilə bağlı sərhədsiz imkanlar əldə etdi. Artıq 2014-cü ildə Rusiya Kiyev üzərində nəzarəti ələ keçirmək üçün Ukraynaya irimiqyaslı hərbi hücum planlaşdırırdı”, - Turçinov bildirib.

Onun sözlərinə görə, Krımın anneksiyası zamanı Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat aldı ki, Ukrayna üçün ən böyk təhlükə artıq Krımda deyil:

“Sərhədimiz boyunca hərbi işğala başlamağa və Ukraynanın paytaxtı üzərində nəzarəti qurmağa hazır olan Rusiyanın çoxminlik hərbi qruplaşması yerləşdirildi”.

Axar.az