Rusiyalı milyarder yeni baş nazir haqda: - "Bütün ölkə onun kassasında "oturub"...
21.01.2020

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin baş nazir təyin edilməsini şərh edib.

Visiontv.az Rus mətbuatına istinadən xəbər verir ki, Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Mişustinin “dünyada ən mükəmməl vergi sistemi” qurduğunu bildirib.

“Mişustinə gəldikdə mən sizə bir şey deyə bilərəm: o, dünyada ən yaxşı vergi sistemi qurub. Mən bunu başqalarından eşitməmişəm, çünki onun yaratdığı vergi sistemi bizim hamımıza aid idi. Mahiyyətcə bütün bu nəhəng ölkə onun kassasında “oturub”. Fantastik səslənsə də o, bütün vurulan qəbzləri görür. O, hər qutu südün və ya kiloqram qəndin satışını qeydə alır. Bütün ölkə boyu! Və əlbətdə bu, ağlasığmaz nailiyyətdir”,-biznesmen deyib.