Rusiyada kütləvi yerlərdə tibbi maskadan istifadə məcburi olub
27.10.2020

Rusiyada kütləvi yerlərdə - ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maskadan istifadə məcburi olub.

Visiontv.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı  “Rospotrebnadzor” tərəfindən müvafiq qərar yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.

“Rospotrebnadzor” əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.