5.06.2020
Axtar
Sağlıq-səhiyyə
alt

Rusiyada koronavirusa yoluxanların sayı 250 mini keçib

Rusiyada son sutka ərzində daha 9974 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Visiontv.az-ın APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 252 245 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2305 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 53 530 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Şərh