Rusiyada koronavirus peyvəndi 2500 nəfərə vuruldu
23.09.2020

Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan və rəsmi olaraq təsdiq edilən ilk peyvənd olan “Sputnik V” ölkənin bütün bölgələrinə çatdırılıb.

Visiontv.az DHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Qamaleya Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzindən açıqlama verilib.

Bildirilib ki, artıq paytaxt Moskvada 2500 nəfərə peyvənd vurulub. İlkin açıqlamalara görə, peyvənd vurulan şəxslərdə ciddi əks-təsir müşahidə edilməyib.

2500 nəfərdən sadəcə 15 faizində temperatur 38 dərəcə, peyvənd vurulduğu yerdə qızartı və baş ağrısı olub.