Rusiyada işləyən azərbaycanlılar üçün ciddi TƏHLÜKƏ
03.06.2020

Rusiyada koronavirus pandemiyasından sonra miqrant xidmətlərinin kütləvi istifadəsindən imtina oluna bilər.

Visiontv.az xəbər verir ki, bu fikri "MİR 24" kanalına müsahibəsi zamanı HR mütəxəssisi Qalina Romanova bildirib.

Onun sözlərinə görə, pandemiyadan sonra bir çox yerli vətəndaş işləmək məcburiyyətində qalacaq: "Mümkündür ki, miqrantların tutduğu iş yerlərində yenidən həmvətənlərimiz çalışacaq".

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, Rusiyada MDB ölkələrindən olan şəxslərin sayı on minlərlədir. Əgər miqrantlar həqiqətən iş yerlərini itirərsə, bu, hər bir ölkənin vətəndaşı üçün təhlükəli hal olacaq.

Məlumat üçün bildirək ki, ötən gün "Sputnik" agetliyi Rusiyada yaşayan xarici vətəndaşların öz ölkələrinə son bir ildə göndərdikləri maliyyəni cədvəl formasında təqdim edib.