Rusiyada faciə: 14 hərbçi öldü - Putindən təcili tapşırıq
03.07.2019

Rusiyaya məxsus sualtı aparatda yanğın baş verib.

VisionTV.az Lenta.ru-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 14 nəfər həlak olub. Hadisə zamanı 4-5 hərbçi xilas edilib. 

Sualtı aparat Müdafiə Nazirliyinin maraqları çərçivəsində okeanın araşdırılması ilə məşğul olub. 

Yanğının səbəbləri məlum deyil. 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlamasında bildirib ki, baş komandanlığın rəhbərliyi altında hadisənin səbəblərinin araşdırılması ilə bağlı komissiya yaradılıb. O, həmçinin əlavə edib ki, qəza baş vermiş gəmi Şimali Murmansk vilayətindəki hərbi dəniz bazasına gətirilib.

Hadisədən dərhal sonra ölkə prezidenti Vladimir Putin Sergey Şoyqunu qəbul edib. Şoyqu məsələ ilə bağlı prezidenti məlumatlandırıb. 

Putin sualtı qayıqda baş vermiş hadisəni böyük fəlakət adlandırıb və həlak olanların yaxınlarına başsağlığı verib. O, itkinin böyük olduğunu qeyd edib:

“Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhrəmanıdır”.

Putin hadisənin səbəblərinin təcili araşdırılması üçün Şoyquya tapşırıq verib.