Rusiyada avtobusun körpüdən çaya düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb
02.12.2019

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Visiontv.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Zabaykal diyar qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edək ki, Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb. Avtobusda 43 sərnişin olub.

Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub.