Rusiya XİN sözcüsü Mariya Zaxarova cümlələri elə seçir ki, hər iki tərəf “payını” alsın - Elxan Şahinoğlu
Rusiya XİN sözcüsü Mariya Zaxarova cümlələri elə seçir ki, hər iki tərəf “payını” alsın - Elxan Şahinoğlu
23.04.2021 Elxan Şahinoğlu Tərəfindən

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında gərgilik haqqında bunları deyib:

“Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, daha vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur. Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq”.

Mariya Zaxarova cümlələri elə seçib ki, hər iki tərəf “payını” alsın. Bu açıqlamada həm Bakıya, həm də İrəvana mesaj var. Bakıya mesaj budur ki, “davam haqqında düşünməyin”, ermənilərə isə mesaj budur ki, “revanş haqqında düşünməyin”.  Ancaq Moskvaya da düşünmək üçün zəruri mesaj verilməlidir. Rusiya həqiqətən vəziyyətin gərginləşməsində maraqlı deyilsə, lütfən Mariya Zaxarovanın birifnqlərində iştirak edən azərbaycanlı jurnalistlərdən biri ona bu sualı versin: “Bölgədə hazırki gərgin durumda Rusiya hərbçilərinin Qarabağda rəsmi Bakı ilə razılaşdırılmayan hərbi paradına nə ehtiyac var?”

Visiontv.az