Rusiya XİN qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı məsələsinə münasibət bildirib
23.03.2023

Rusiya Xarici İşlər Nazirliyi qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı məsələsinə münasibət bildirib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə bu mövzunun olduqca həssas xarakter daşıdığını söyləyib. Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır:

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir. Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.

Zaxarova Ermənistan tərəfinin də oxşar müraciətinin olduğunu da xatırladıb.