Rusiya vətəndaşı ilə evlənənlərə ŞAD XƏBƏR: Putin qanunu imzaladı
24.09.2019

Rusiya vətəndaşı ilə evlənən şəxslər artıq 1 ildən sonra vətəndaşlıq əldə edə biləcək.

VisionTV.az publika.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.

Daha əvvəl Rusiya vətəndaşı ilə evlənən şəxs bu ölkənin vətəndaşlığını ala bilmək üçün 3 il gözləməli idi.

Qanun 2 oktyabr tarixində qüvvəyə minəcək.