Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir
18.02.2020

Dünən Türkiyə və Rusiya diplomatları Moskvada İdlibdəki mövcud vəziyyəti müzakirə ediblər.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İdlibdə hökumət qüvvələrini dəstəkləyən Rusiya və müxalifləri dəstəkləyən Türkiyə nümayəndələri görüş keçirərək yaranmış gərginliyin azaldılması yolları barədə fikir mübadiləsi aparıblar.

Hər iki tərəfin son iki ildə yüksələn qrafiklə davam edən siyasi və iqtisadi əməkdaşlığı İdlib məsələsində qırılma nöqtəsinə çatıb.

Ötən həftə Rusiya nümayəndə heyətinin Ankarada türk rəsmilərlə görüşü, ardınca Türkiyə və Rusiya prezidentləri, həmçinin Xarici İşlər nazirləri arasındakı telefon görüşmələri də gərginliyin azaldılmasına kömək etməyib.