Rusiya Ukraynanın Donbas bölgəsinə etdiyi "humanitar" yardımlardan Xankəndinə də edir
Rusiya Ukraynanın Donbas bölgəsinə etdiyi "humanitar" yardımlardan Xankəndinə də edir
20.12.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya hərbi karvanı "Laçın" dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə "Humanitar" yardım gətirib.

Rusiyanın belə  bir "humanitar" yardımları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə, həmin yardımlar ərzaq deyil, silah və sursatlardan ibarət olduğu sonradan məlum olur.

Biz bilmirik ki, Rusiya həqiqətən Qarabağa humanitar yardım gətirir, yoxsa qanunsuz silahlı erməni birləşmələrinə silah-sursat daşıyır. Çünki, Qarabağda silahlı erməni dəstələri 15 minə yaxındır və onların silah təcihizatı "Laçın" dəhlizindən həyata keçirilir. 10 noyabr Birgə Bəyannaməsinə  görə silahlı erməni birləşmələri bu əraziləri tərk etməlidir. Amma, Rusiya tərəfi öhdəliklərə əməl etmir. Hətta oradakı qanunsuz silahlı dəstələrin təchizatını "humanitar" yük adı ilə həyata keçirir.

Ümumiyyətlə, Rusiya tərəfi Qarabağdakı etnik ermənilərə nə humanitar yardım, nə də hərhansı bir işlər həyata keçirməməlidir.

Onların missiyası sülhün və təhlükəsizliyin təmininə yönəlməlidir.

Göründüyü kimi "Laçın dəhlizində" nəzartimiz nə qədər yoxdur, Azərbaycan üçün Rusiya silahlı erməni birləşmələrinin əli ilə baş ağrı yaradacaq. Bundan əlavə, artıq Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib.

Məhz prezident İlham Əliyevin Brüsseldə " Laçın dəhlizində" post qoyulmalıdır mesajı təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi. Bu, Rusiyanın artıq Qarabağda silahlı erməni separtçılarının silahlandırılmasının qarşısını almaqdır. Qeyd edim ki, Avropa İttifaqı prezidenti Şarl Mişelin  ərazi bütövlüyünə hörmət və tanınması istiqamətində verdiyi bəyanat Azərbaycanın maraqlarına tam cavab verir. Bundan əlavə, Laçın dəhlizi Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Rusiya tərəfi bir müddətdən sonra Qarabağda qondarma şəkildə yaratdığı "rus icmasına" pasport payalayacaq. Bu da Azərbaycan üçün ciddi problemə çevrilə bilər. Qondarma " rus icmasını" yartamasında Kremlin hədəfi Qarabağda daima qalmaqdır. Amma, Rusiyanın geosiyasi ambissiyalarının qarşısı alınacaq.

Gələn ildən Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısnı almaq üçün   Laçın dəhlizində post qoymalıdır. Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Amma, hazırkı silahlı  erməni birləşmələrindən Rusiya Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün istifadə edəcək. Ona görə də Azərbaycan Rusiyanın reaksiyalarına rəğmən Laçın dəhlizində post qoymalıdır. Ya silahlı erməni birləşmələi çıxarılmalı, ya da post qoyulmalıdır tələbi Moskva qarşısında qaldırılmalıdır.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini

Visiontv.az