Rusiya üç tərəfli bəyannamənin yerinə yetirilməsində maraqlı deyil
Rusiya üç tərəfli bəyannamənin yerinə yetirilməsində maraqlı deyil
05.08.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya XİN vaxtaşırı Ermənistan və Azərbaycan arasında imzalanan üç tərəfli razılaşmaların yerinə yetirilməsinə çağırışlar edir. 10 noyabr birgə Bəyannaməsindən on ay keçməsinə baxmayaraq, Rusiya konkret addımlar atmır və bu istiqamətdə çalışmaların başlanması üçün Yerevana təsir etmir. Rusiyanın bu açıqlamaları sadəcə, manipulyasiyadır və məqsəd mövcud situasiyanı qorumaqdan ibarətdir.

Ermənistan tərəfindən sərhəddə gərginliyin davam etdirilməsi, mövcud razılaşmaların həllini gecikdirəcək. Burada  əsas məqsəd Ermənistan Baş naziri vaxt qazanmaqla Qərbin burada iştirakının təmini və Mink qrupunun fəaliyyətinin bərpası istiqamətində " status" məsələsini müzakirəyə çıxarmağa çalışır. Bu da regional əməkdaşlığa başlnamsanın sabotajıdır.

Hazırda Rusiya ele bir mövqe sərgiləyir ki, Ermənistana üç tərəfli razılaşmalarla bağlı təzyiq edə bilmir və N. Paşinyan müstəqil hərəkət edir. Halbuki Rusiyanın əlində kifayət qədər təzyiqlər var ki, N. Paşinyan mümkün razılaşmalara getsin.

Qeyd edim ki, müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan Baş nazirilərinin müavinlərinin birgə iştirakı ilə üçtərəfli komissiya təşkil olunmuşdur. Hətta mart ayında tərəflər konkret təkliflərlə işə başlamalı idilər. Göründüyü kimi birgə komissiyada öz işini dayandırıb. Demek olar ki, Ermənistan mövcud vəziyyəti müharibə vəziyyətinə gətirib çıxarıb.  Halbuki 10 noyabr birgə Bəyannaməsi barışığa və əməkdaşlığın əsasını qoyan bir sənəddir.

Rusiya və Ermənistan tandemi Türkiyə Azərbaycan tandemi qarşısında döyüşdə məğlub oldu. Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır. Fikir versək Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını o halda yerinə yetirməyə hazır olduğunu qeyd edir ki, Azərbaycan öz sərhədlərindən ordunu geri çəksin və Qarabağın statusu ilə bağlı danışıqlara başlansın. Artıq, Ermənistanın bu mövqeyi, öz imzasından imtina etməkdir. Əgər, Ermənistan mövcud razılaşmalara getməyəcəkdirsə,  N. Paşinyan və Rusiya rəhbərliyi niyə üç tərəfli razılaşmalara imza atırdı?! Hər iki imzalanan razışlamalar əməkdaşlığı və sərhədlərin delimitasiyası-demarkasiyasını nəzərdə tutur.

Təbii ki,  Azərbaycan Ermənistanın heç bir şərtini qəbul etməyəcək. Baş nazir Nikol Paşinyan özünün imza atdığı sənədə əməl etmək üçün hazırda şərtlər irəli sürürsə, bu onun siyasəti deyil. Bu, Fransanın siyasəti, həmçinin Rusiyanın sabotajıdır.

Ele bil ki, N. Paşinyan istintaq altında sənədlərə imza atıb, məhkəmədə öz imzası ilə təsdiq edən izahatını qəbul etmir. Amma, son qərarı məhkəmə verir. Məhkəmədə Azərbaycandı. Qərar çıxarıb N. Paşinyanı şərtlərə əməl etməyəcə məcbur edəcək.

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq

Visiontv.az