Rusiya Türkiyəni "qeyri-dost" ölkə sayır?
Rusiya Türkiyəni "qeyri-dost" ölkə sayır?
16.04.2022 Elbəyi Həsənli Tərəfindən

“RIA Novosti” yazır ki, Türkiyə 44 günlük müharibə zamanı Dağlıq Qarabağa 2.500 mücahid yerləşdirmişdi. İndi Türkiyə həmin mücahidləri Ukraynaya göndərib. Mücahidlər Ukraynaya naminə Rusiyaya qarşı döyüşəcəklər...

“RIA Novosti” bu xəbəri kimdən alıb? Özləri yazır ki, bu xəbər Suriyadakı müxalif mənbələrdən əldə olunub. Bəs nədən Rusiya qeyri-ciddi bir mənbəyə istinadən belə bir xəbər yayır? Məncə, rəsmi Moskva görür ki, Türkiyə Rusiyadan uzaqlaşır və getdikcə daha çox Qərbə yaxınlaşır. Bu isə Rusiyanı belə sərsəm gedişlərə vadar edir...

Əslində Türkiyənin Rusiyadan uzaqlaşmaqdan başqa bir yolu da qalmayıb. Bütün parametrlər baxımından müflis olan Rusiyanı xilas etmək mümkün deyil. Rəsmi Moskva Ankaranın sülh danışıqları  üçün yaratdığı son dərəcə önəmli imkandan yararlana bilmədi. İndi isə gileylənir ki, ABŞ Ukraynaya Rusiya ilə sülh anlaşması əldə etməyə imkan vermir...

Türkiyə Rusiyaya ziyanın yarısından qayıtmaq üçün əla imkan yaratdı. Maksimalist yanaşma sərgiləyən Rusiya bugünləri görə bilsəydi həmin fürsəti qaçırmazdı. İndi isə Qərb buna imkan vermir, qələbənin dadını hiss edən və Qərbi yanına alan Ukrayna da Rusiyaya heç bir güzəştə getmək fikrində deyil...

Elbəyi Həsənli

Visiontv.az