Rusiya sülhməramlılarının Qarabağa gəlişinin qarşısını almalıyıq - Azər Rəşidoğlu
Rusiya sülhməramlılarının Qarabağa gəlişinin qarşısını almalıyıq - Azər Rəşidoğlu
29.10.2020 Azər Rəşidoğlu Tərəfindən

“Cenevrə görüşü”ndən müsbət heç nə gözləməsəm də, fikirləşirəm ki, diplomatik cinahı gücləndirməliyik. Qarabağ danışıqlarında incə detalları belə bilən, XİN müavini Araz Əzimov danışıqlar prosesinə cəlb edilməlidir.

ATƏT-in Minsk qrupu həmsədrləri regionda nüfuz uğrunda savaşırlar və bu format effekt vermir. Rusiya da bu formatı zədələyir və  “Suriya formatı”na bənzər yeni mexanizm formalaşdırmaq istəyir. Fransa vasitəçi olmaq etimadını itirib.  ABŞ, Türkiyə, Rusiyadan ibarət yeni format ideyası yaranıb. İran buna qarşı çıxacaq.

Ermənistanı bizə sərf edən danışıqlara vadar etmək üçün Kəlbəcər, Şuşa və Laçın dəhlizi azad edilməlidir. İstənilən halda nə vaxtsa danışıqlar olacaq və biz buna hazır olmalı və bir daha vurğulayıram ki, Rusiya sülhməramlılarının Qarabağa gəlişinin qarşısını almalıyıq. Bu bizim üçün “qırmızı xəttdir”. Ölüm-dirim məsələsidir!

Visiontv.az