Rusiya sülhməramlı qüvvələri Qarabağda sülhə deyil, iki icma arasında düşmənçiliyin davam etməsinə xidmət edir - Məhəmməd Əsədullazadə
Rusiya sülhməramlı qüvvələri Qarabağda sülhə deyil, iki icma arasında düşmənçiliyin davam etməsinə xidmət edir - Məhəmməd Əsədullazadə
16.01.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya Qarabağa erməniləri hər gün Xankəndi, Ağdərə və Xocavəndin bəzi hisslərində yerləşdirir. Demək olar ki, Ermənistandan avtobuslarla daşınma həyata keçirilir. Bütün sosial problemləri həllini Moskva üzərinə götürüb. Rəsmi Kremlin bu siyasəti ermənilərin sayını 100 minə qaldırmaq, status və referendum məsələsini ortaya atmaqdır.

Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti, yalnız bundan ibarətdir. İlk növbədə burada ermənilərin müdafiəsini təşkil edir. Sülhməramlıların atəkəsin qorunmasına gəldikdə isə, burada silahlı erməni birləşmələri Bəyannaməyə uyğun olaraq çıxarılarsa, atəkəsin qorunmasına ehtiyac qalmayacaq.

Buradakı silahlı erməni terrorçuları, yalnız sülhməramlı qüvvələrininin birbaşa nəzarətindədir. Rusiya silahlıların çıxarılması şərtinə əməl etmir. Buda Azərbaycan, Türkiyə ilə Rusiya arasında siyasi münasibətlərdə ciddi problemə gətirəcək.

Rusiya Həmçinin demoqarfik quruluşu dəyişməklə azəbaycanlı köçükünlərin Xankəndi, Ağrədəyə qayıdışına mane olmaqdır. Moskvanın Qarabağla siyasəti regional şərtlər nəzərə alınıb, Azərbaycan tərəfindən qəbul edilib. Amma, tətbiq etdiyi siyasət Azərbaycanın əleyhinədir.

Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri Qarabağda sülhə deyil, iki icma arasında düşmənçiliyin davam etməsinə xidmət edir.

Qeyd edim ki, Qarabağa gətirilən ermənilər daimi burada qalmayacaq. Çünki, burada Rusiya onların daima sosial təminatını təmin edə bilməyəcək. Daima yardımnan asılı olan ermənilər Qarabağı bu müddətdən sonra tərk edəcəklər.

Rusiyanın bu planı regionda qalıcı sülhə və təhlükəsizliyə təhdid olacaq. Bununla regionda NATO -nın gələcək fəaliyyətinə əngəl yaratmağı planlaşdırır. Amma, Türkiyə NATO -nın özüdür. Türkiyədə Rusiyanın sülhməramlı missiyasının hazırkı fəaliyyətinə etirazıda yuxarıdakı sadalanan problemlərdəb irəli gəlir. Rusiyanın Qarabağdakı siyasətinin neytrallaşdırmaq və bir çərçivəyə salmaq yalnız Türkiyənin Azərbaycanda hərbi iştirakını artırmaqla mümkün olacaq. Türkiyənin Azərbaycanda hərbi hava bazalarının açması və Qarabağda öz hərbi kontingentini yerləşdirməsi, siyasi danışıqlarda vəziyyəti leyhimizə dəyişə biləcəyik.

Məhəmməd Əsədullazadə