Rusiya rəsmilərinin artan Bakı səfəri..
Rusiya rəsmilərinin artan Bakı səfəri..
03.07.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyanın Baş naziri M. Mişutsin və Dövlət Dumasının sədri Volodinin Azərbaycana səfəri əsasən ölkəmizlə hərbi-texniki əməkdaşlıq üzrə yeni müqavilələr bağlamaqdir. Rusiyanın Ukraynada öz hərbi-siyasi planının fiaskoya uğraması, qonşuları ilə normal münasibətlər qurmaq planına keçməsinə səbəb olur. Bununla qonşu ölkələri öz təsir orbitinə almaqla, Qərbin təzyiqləri fonunda yeni bir format yaratmaqdır. Məhz Azərbaycana səfər buna hesablanıb.

Rusiya ilə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsinin imzalanması və iki dövlət liderinin mütəmadi tel.danışıqları və ardınca səfərlər göstərir ki, Moskva Azərbaycanı yanına almağa çalışır. Bunu təzyiqlə deyil, müsbət referenaslar etməklə ortaya qoyur. S. Lavrovun Bakıya səfəri, şəhidlər xiyabanını ziyarət etməsi, informasiya təhlükəsizliyi sahəsində yeni müqavilənin bağlanması kimi reveranslarda Kremlin alt yapısında Bakını ram etməkdir.  

Qeyd edim ki, Rusiya baş nazirinin və dövlət durmasinın sədrinin Bakida danışıqları yeni müqavilələrin bağlanması ilə nəticələnəcək. Bundan əlavə, Ermənistanla Azərbaycan arasında sülh anlaşılmasi, Zəngəzur dəhlizi məsələsi və Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyəti müzakirə predmeti olacaq. Həmçinin Azərbaycanı Zəngəzur dəhlizindən dəmiryol xəttinin çəkilişində razi salmaqdır. Çünki, Azərbaycan təkcə dəmiryol deyil, avtomobil yolunun açılışında da maraqlıdır.

Regionda maraq toqquşması gedir. Və Rusiya Azərbaycanda Türkiyənin artan fəaliyyətindən narahatdir. Həmçinin Azərbaycan ordusunda islahatlar da Moskvada həyəcan yaradır. 
Prezident İlham Əliyev Rusiya ilə əlaqələri inkişaf etdirsə də əsas, Türkiyə ilə strateji xətti davam etdirəcək. 

Rusiyanın bu reveranslari fonunda  Azərbaycan Qarabağda erməni separatizminə son verilməsini tələb etməlidir. Ola bilər ki, bu yüksək səviyyədə səfərlər Xankəndi ilə bağlı bir proses ola bilər. Azərbaycan etnik ermənilər olan ərazilərdə öz de-yure idarəetməni tətbiq edə bilər. Rusiyanin  təbii ki, buna getməsi mümkün görünmür. Amma, Azərbaycanin hazırkı durumu bunu mümkün edir. Azərbaycanın planı və tələbi Xankəndidə separatizm ləğv etməkdir.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az