Rusiya Polşanın Ukraynanın qərbini “ələ keçirmək” niyyətini bəyan edir
22.05.2022

Rusiya təbliğatı Polşanın guya “Ukraynanın qərb hissəsini ələ keçirmək” kimi məkrli niyyəti olduğu haqda saxta məlumatlar yayır. Bununla da işğalçı ölkə Kiyevlə Varşava arasında mehriban qonşuluq münasibətlərini korlamaq istəyir.

Bu barədə  Telegram-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi xəbər verir.

Belə bir mesajın olduğu videonu kremlpərəst bloger Yuri Podolyaka yayıb. O, həmçinin “Ukraynanın qərbinin bir hissəsinin işğalından” sonra Polşanın Ukrayna əhalisinin “denazifikasiyasına” başlayacağını iddia edir: “Polşanın Ukraynanın qərb hissəsini ilhaq etməyə hazırlaşdığı barədə mesaj Rusiya Federasiyasının Ukraynaya qarşı hibrid müharibəsinin əsas hekayələrindən biri olaraq qalır. Və bu, Polşa ilə Ukrayna arasında münasibətləri pozmaq məqsədi daşıyır”.

Milli Təhlükəsizlik və Müdafiə Şurası qeyd edir ki, belə bir mesaj yalnız müəllifin şəxsi fikrinə əsaslanır və əvvəllcədən saxtalaşdırılmış “faktlarla” təsdiqlənir.

Onlar onu da diqqətə çatdırırlar ki, dünən Polşa prezidenti Anjey Duda Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə qələbə çalmasını Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin ən yaxşı sonu hesab edəcəyini bildirib.

"Bu, bir daha Polşa ilə Ukrayna arasında mehriban qonşuluq münasibətlərini təsdiqləyir", - Milli Təhlükəsizlik və Müdafiə Şurası fikrini yekunlaşdırıb.

Aytən Əlizadə

visiontv.az