Rusiya İdlibə hava zərbələri endirib
16.09.2021

Rusiya Suriyanın İdlib bölgəsinə 15 hava zərbəsi endirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, müxaliflərə aid təyyarə nəzarət məntəqəsi, sosial media hesabından Lazkiyə bölgəsindəki bazadan qalxan 3 rus hərbi təyyarəsi tərəfindən hava hücumu təşkil edildiyini açıqlayıb. 

Hücum nəticəsində ölü və yaralılarla bağlı məlumat yoxdur.  

Qeyd edək ki, Rusiya və rejim qüvvələri 2019-cu ilin mayında bölgəni ələ keçirmək üçün əməliyyatlara başlayıb və “İdlib Gərginliyi Azaltma Bölgəsi”ndə çox sayda böyük yaşayış yerini ələ keçirib. 

İlahə Əliyeva