Rusiya çalışır ki, ABŞ-ın regiona daxil olmasının qarşısnı alsın-Məhəmməd Əsədullazadə
Rusiya çalışır ki, ABŞ-ın regiona daxil olmasının qarşısnı alsın-Məhəmməd Əsədullazadə
30.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya XİN rəhbəri Segey Lavrovun Ermənistana və Azərbaycana səfəri əsasən, Qarabağla bağlı prosesi aktivləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına üzvülyə cəlb etmək üçün danışıqlar apamaqdır. İlk növbədə Rusiya çalışır ki, ABŞ-ın regiona daxil olmasının qarşısnı alsın. ABŞ dövlət katibi E. Blinkenin bir müddət bundan əvvəl Ermənistana zəngi və ötən gün isə Azərbaycan prezidentinə zəngi Vaşinqtonun regionda maraqlarının artmasına işarədir.

Bundan əlavə, Türkiyənin Cənubi Qafqazda fəallığı Rusiyanı narahat edir. İlk növbədə S. Lavrov Qarabağda ermənilərin statusu ilə bağlı danışıqların başlanmasını təklif edəcək. Həmçinin Zəngəzur dəhliznin açılması istiqamətində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyü ilə bağlı şərtlər irəli sürəcək.

Rusiya ilə Azərbaycan arasında "İsgəndər" raketləri və sülhməramlı qüvvələrin fəaliyyəti ilıə bağlı problemlə var. İlk növbədə Azərbaycan Lavrovdan raketlə bağlı izahat tələb etməldir. Bundan əlavə, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı konkret cavablar tələb edilməlidir. Rusiya separatçını Moskvaya aparır və onunla danışıqlar aparır. Rusiya süıhməramlıları Fransalı depudatları Qarabağa keçidinə icazə verir.

Segey Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycan Rusiyanın heç bir layihələrində yer almaq üçün təklifə konkret cavab verməyəcək. Çünki, Rusiyanın fəaliyyəti haızrda əldə olunan razılşamların əlehinədir.

visiontv.az